ABŞ-da koronavirusa yoluxanların sayı kəskin artdı

  08 Avqust 2020    Oxunub : 3265
 ABŞ-da koronavirusa yoluxanların sayı kəskin artdı
ABŞ-da son sutka ərzində 1243 nəfər koronavirus infeksiyasından vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, ABŞ-da daha 58 173 yoluxma faktı qeydə alınıb. Ölkə üzrə ümumi yoluxma sayı 4 942 746 nəfərə çatıb, 161 mindən insan pandemiyanın qurbanı olub. İndiyədək 1,6 milyondan çox pasiyent sağalıb.

Azvision.az

Teqlər: ABŞ   Koronavirus