6 ayda əsas kapitala 4 milyarddan çox vəsait yönəldilib

6 ayda əsas kapitala 4 milyarddan çox vəsait yönəldilib
  08 Avqust 2020    Oxunub:5147
Bu ilin altı ayında Bakı şəhərinin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 4 milyard 62,7 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz çox vəsait yönəldilib.
Azvision.az Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, əsas kapitala yönəldilmiş vəsaitlərin 1 milyard 870,7 milyon manatı və ya 46,1 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

2020-ci ilin yanvar-iyun aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 65,3 faizini tikinti, yenidənqurma və genişləndirmə, 7 faizini əsaslı təmir, 5,4 faizini cari təmir, 22,3 faizini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 85,9 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

Azvision.az


Teqlər: Statistika  





Xəbər lenti