Beyrutda aksiyalar dağıdıldı, 728 nəfər yaralandı - YENİLƏNİB

Beyrutda aksiyalar dağıdıldı, 728 nəfər yaralandı -  YENİLƏNİB
  09 Avqust 2020    Oxunub:15400
Livanın paytaxtı Beyrutda iğtişaşların qarşısı alınıb.

Azvision.az xəbər verir ki, Livan ordusu nümayişçiləri Xarici İşlər və İqtisadiyyat nazirliklərinin binalarından uzaqlaşdırıb. Hazırda paytaxtın Şəhidlər meydanında sabitlik hökm sürür.
***
Ötən gün Livanın paytaxtı Beyrutda baş vermiş iğtişaşlar zamanı xəsarət alanların sayı artıb.

Azvision.az TASS-a istinadən xəbər verir ki, hökumətə qarşı etiraz aksiyalarında 728 nəfər xəsarət alıb, 19 etirazçı saxlanılıb. Yaralılar arasında polis əməkdaşlarının da olduğu bildirilir.

Hazırda paytaxtda vəziyyət stabilləşib.

***
Livanın paytaxtı Beyrutda iğtişaşlar zamanı 238 nəfər xəsarət alıb.

Azvision.az xəbər verir ki, bu barədə Qırmızı Xaç Cəmiyyətinin Livan ofisinin “Twitter” səhifəsində məlumat yayılıb.

Bildirilib ki, 63 nəfər yaxınlıqdakı xəstəxanalara aparılıb, 175 yaralı şəxsə hadisə yerində tibbi yardım göstərilib.

***
Livanın paytaxtı Beyrut şəhərində iğtişaşlar zamanı xəsarət alanların sayı 172 nəfərə çatıb.

Azvision.az xəbər verir ki, bu barədə Livanın Qırmızı Xaç Cəmiyyəti məlumat yayıb.

Qeyd olunub ki, xəsarət alan 55 nəfər xəstəxanalara çatdırılıb, 117 nəfərə yerində tibbi yardım göstərilib.

***
Livanın paytaxtı Beyrut şəhərində hökumət əleyhinə keçirilən etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında toqquşmalar baş verib.

Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, qarşıdurma zamanı azı 130 nəfər xəsarət alıb.

Livanın Qırmızı Xaç Cəmiyyətinin yaydığı məlumata əsasən, 28 nəfər xəstəxanaya yerləşdirilib, digər şəxslərə yerində tibbi yardım göstərilib.

Qeyd edək ki, aksiyalar parlament binasının qarşısında başlayıb. Polis hökumətin istefasını tələb edən aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edib.

Azvision.az


Teqlər: Aksiya  





Xəbər lenti