Pirlo “Yuventus”un baş məşqçisi oldu

41 yaşlı Pirlo "Yuventus"la iki illik müqavilə imzalayıb. O, baş məşqçi postunda bu gün istefaya göndərilən Mauritsio Sarrini əvəz edəcək.
Qeyd edək ki, Andrea Pirlo 2011-2015-ci illərdə "Yuventus"da çıxış edib. Turin klubunun heyətində 4 dəfə İtaliya çempionu olub.
Azvision.az