Koronavirusa yoluxanların sayı 284 mindən çox artıb

   Koronavirusa yoluxanların sayı 284 mindən çox artıb
  09 Avqust 2020    Oxunub:4327
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyası ilə bağlı gündəlik hesabatını açıqlayıb.
Azvision.az xəbər verir ki, hesabata əsasən, ötən sutka ərzində 284 min 441 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, 6565 nəfər dünyasını dəyişib.

Qeyd edək ki, indiyədək ən çox yoluxma, həmçinin ölüm halları Cənubi və Şimali Amerikada aşkarlanıb. İkinci yerdə Avropa regionu gəlir.

Son məlumatlara görə, dünyada koronavirusa yoluxanların ümumi sayı 19 milyon 806 min 830, pandemiya qurbanlarının sayı 729 min 594 nəfərə çatıb.

Azvision.az


Teqlər: ÜST   Koronavirus  





Xəbər lenti