Belarusda prezident seçkiləri keçirilir

   Belarusda prezident seçkiləri keçirilir
  09 Avqust 2020    Oxunub:3622
Belarusda prezident seçkilərində səsvermə başlayıb.
Azvision.az xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 08:00-da açılıb. Səsvermə saat 20:00-dək davam edəcək.

Ölkə üzrə 5767 seçki məntəqəsi yaradılıb. Belarusda 6 844 932 vətəndaş səsvermə hüququna malikdir.



Qeyd edək ki, prezident postu uğrunda 5 namizəd mübarizə aparır. Onlar hazırkı prezident Aleksandr Lukaşenko, keçmiş deputat Anna Kanopatskaya, Belarus Sosial-Demokratik Qramada Partiyasının sədri Sergey Çereçnya, “Düzünü Danış” birliyinin həmsədri Andrey Dimitriyev və bloger Sergey Tixanovskinin həyat yoldaşı Svetlana Tixanovskayadır.

Səsvermə prosesini 248 beynəlxalq və 50 minə yaxın yerli müşahidəçi izləyir. Xarici müşahidəçilər arasında Azərbaycanın deputatları da var.

Azvision.az


Teqlər: Belarus   Seçki  





Xəbər lenti