Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

  09 Avqust 2020    Oxunub : 2362
Gürcüstanda koronavirusa yoluxanların sayı artdı
Gürcüstanda son sutka ərzində daha 9 nəfər koronavirusa yoluxub. Ölkə üzrə ümumi yoluxma sayı 1225-ə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi saytında məlumat yer alıb.

İndiyədək 1000 pasiyent sağalıb, 17 nəfər dünyasını dəyişib. Hazırda karantində 7068, stasionar nəzarətdə isə 250 nəfər saxlanılır.

Azvision.az

Teqlər: Gürcüstan   Koronavirus   Pandemiya