Prezidentin Davos görüşləri - FOTOLAR, YENİLƏNİB

  22 Yanvar 2014    Oxunub : 555
Prezidentin Davos görüşləri - FOTOLAR, YENİLƏNİB
AzVision.az xəbər verir ki, Prezident İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlib.

Davosda Prezident İlham Əliyev “Holcim” şirkətinin sədri və baş icraçı direktoru Bernar Fontana ilə görüşüb.
Görüşdə “Holcim” şirkətinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyi qeyd olundu, yeni sement zavodunun tikintisinin holdinq ilə ölkəmiz arasındakı əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət etdiyi bildirildi.
Söhbət zamanı Azərbaycan ilə İsveçrə arasında qarşılıqlı investisiyaların əhəmiyyəti qeyd olundu, bunun iqtisadi əlaqələrimizin daha da genişlənməsinə töhfə verdiyi bildirildi.
Görüşdə əməkdaşlığın perspektivi barədə fikir mübadiləsi aparıldı.

Daha sonra Prezident İlham Əliyev Davosda Fransanın “Airbus Group International” şirkətinin baş icraçı direktoru Jan Pyer Talamoni ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Fransa arasında əlaqələrin sürətlə inkişaf etdiyi bildirildi, iqtisadi sahədə, o cümlədən kosmos sənayesi sahəsində əməkdaşlığımızın genişlənməsindən məmnunluq ifadə olundu.

Söhbət zamanı Azərbaycanın müvafiq qurumları ilə “Airbus Group International” şirkəti arasında əməkdaşlığın genişləndirilməsinə dair məsələlər müzakirə edildi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda "Swiss Re" şirkətinin beynəlxalq əlaqələr üzrə sədri Martin Parkerlə görüşüb.

Görüşdə Azərbaycan ilə "Swiss Re" şirkəti arasında əməkdaşlığın inkişafına dair məsələlər müzakirə olunub.

Ölkəmizdə sığorta bazarının inkişafı, təbii fəlakətlərdən sığortalanma, iqlimin təsiri nəticəsində kənd təsərrüfatı sahəsində baş verəcək hadisələrin qarşısının alınması ilə bağlı sığortanın təşkilinə dair fikir mübadiləsi aparılıb.

***

Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsrail Dövlətinin Prezidenti Şimon Peresin görüşü olub.

Görüşdə Azərbaycan ilə İsrail arasında müxtəlif sahələrdə, o cümlədən elm, təhsil, kənd təsərrüfatı sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu ilə görüşüb.

Görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlərin müxtəlif sahələri, o cümlədən iqtisadi, hərbi əməkdaşlıq və digər məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.

***

Prezident İlham Əliyev Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti ilə görüşüb.

Görüşdə Azərbaycanda son vaxtlar gedən proseslər, iqtisadi inkişaf, qeyri-neft sektoruna göstərilən diqqət və əldə edilən nailiyyətlər, işsizliyin və yoxsulluğun aradan qaldırılması və korrupsiyaya qarşı mübarizədən məmnunluq bildirildi.

Azərbaycan Respublikası ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olundu.

Foto


Teqlər: