`Azərmarka` yeni poçt markaları buraxıb

`Azərmarka` yeni poçt markaları buraxıb
  23 Yanvar 2014    Oxunub:1675
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərmarka” şirkəti “2014 - At ili”nə həsr edilmiş marka seriyasını təqdim edib. Seriyaya 4 poçt markası daxildir. Üzərində at şəklinin təsvir olunduğu markaların hər birinin dəyəri 20 qəpik təşkil edir.

AzVision.az Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, bununla yanaşı, “XXII Qış Olimpiya Oyunları – Soçi 2014” marka seriyası çap edilib. Marka seriyasında yer alan dağ-xizək, şaybalı xokkey, konkisürmə və fiqurlu konkisürmə idman növlərinə dair markaların nominal dəyəri müvafiq olaraq 20, 30, 50 və 60 qəpiyə bərabərdir.

Eyni zamanda, 2013-cü ildə keçirilən şahmat üzrə Avropa komanda çempionatında Azərbaycan milli komandasının qələbəsinə həsr edilmiş “Azərbaycan – Şahmat üzrə Avropa çempionu 2013” markası buraxılıb. Markanın nominal dəyəri 1 manat məbləğində müəyyən edilib.


Teqlər:





Xəbər lenti