Beyrutda yenidən toqquşmalar başladı

  09 Avqust 2020    Oxunub : 1981
Beyrutda yenidən toqquşmalar başladı
Livanın paytaxtı Beyrutda yenidən etirazçılarla asayiş keşikçiləri arasında toqquşmalar baş verib.
Azvision.az xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.

Toqquşmalar ölkə parlamentinin yerləşdiyi ərazidə müşahidə olunur. Polislər aksiyanı dağıtmaq məqsədilə nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edir.

Qeyd edək ki, ötən gün baş vermiş qarşıdurma zamanı 700-dən çox insan yaralanıb.

Azvision.az

Teqlər: Beyrut   Aksiya