Sahibkarlara 19 milyon manatdan artıq güzəştli kredit

Sahibkarlara 19 milyon manatdan artıq güzəştli kredit
  23 Yanvar 2014    Oxunub:1360
Ötən il Şəki-Zaqatala iqtisadi rayonu üzrə sahibkarlara 19 milyon manatdan artıq güzəştli kredit verilib.
2013-cü ildə Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) vəsaitləri hesabına Şəki-Zaqatala iqtisadi rayonu üzrə sahibkarlıq subyektlərinin 212 investisiya layihəsinin maliyyələşdirilməsinə 19 milyon 260 min manat güzəştli kredit verilmişdir. Bu layihələrin reallaşması nəticəsində iqtisadi rayonda 532 daimi iş yeri açılıb.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, güzəştli kreditlər əsasən kənd təsərrüfatının müxtəlif sahələrinin, o cümlədən heyvandarlıq, quşçuluq və bağçılığın inkişafına, yeni emal müəssisələrinin yaradılmasına yönəldilib. 2013-cü ildə SKMF tərəfindən iqtisadi rayonda “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda bir neçə maarifləndirici tədbir keçirilmişdir. Sahibkarlara investisiya layihələrinin hazırlanması və təqdim edilməsi qaydaları barədə ətraflı məlumat verilib, iqtisadi rayon üçün ənənəvi hesab olunan istehsal sahələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, həmçinin metodiki vəsaitlər paylanılıb.


Teqlər:  





Xəbər lenti