Qarabağda koronavirusa yoluxma sayı 251-ə çatdı

Qarabağda koronavirusa yoluxma sayı 251-ə çatdı
  10 Avqust 2020    Oxunub:2453
Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində koronavirusa 1 yeni yoluxma qeydə alınıb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Qarabağda koronavirusa yoluxanların ümumi sayı 251 nəfərə çatıb.

Yeni yoluxma Xankəndi şəhərində aşkarlanıb.

Hazırda 44 nəfər təcrid olunub, ölüm halı qeydə alınmayıb. Yeddi xəstənin vəziyyəti ağır qiymətləndirilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Xankəndi   Qarabağ   Koronavirus  





Xəbər lenti