Lukaşenkonu ilk təbrik edən Çin lideri oldu

Lukaşenkonu ilk təbrik edən Çin lideri oldu
  10 Avqust 2020    Oxunub:2578
Çin Xalq Respublikasının sədri Si Cinpin Aleksandr Lukaşenkonu yenidən prezident seçkilərindəki qələbə qazanması münasibətilə təbrik edib.
Azvision.az “BeLTa” agentliyinə istinadən xəbər verir ki, bu, Lukaşenkonun aldığı ilk rəsmi təbrikdir.

"Çin hökuməti və Çin xalqı adından, eləcə də öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı bildirirəm. Əminəm ki, sizin rəhbərliyiniz altında Belarus dövlət quruculuğunda yeni parlaq uğurlar qazanacaqdır", - təbrikdə deyilir.

Qeyd edək ki, Belarusda prezident seçkiləri avqustun 9-da keçirilib, MSK-nın açıqladığl ilkin nəticələrə görə, Lukaşenko səslərin 80,23%-ni toplayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər:





Xəbər lenti