Qiyməti 1,5 milyon dollar olan maska hazırlanır

  10 Avqust 2020    Oxunub : 3007
 Qiyməti 1,5 milyon dollar olan maska hazırlanır
İsrail zərgərləri ağ qızıldan istifadə olunmaqla qara və ağ brilyant ilə bəzədilmiş dünyanın ən bahalı tibbi maskasını hazırlayır. Maskanın qiyməti təxminən 1,5 milyon dollar olacaq.

Azvision.az xəbər verir ki, bu barədə "Haaretz" nəşri məlumat yayıb.
"18 karatlıq ağ qızıldan hazırlanan maska ​​3600 ədəd ağ və qara brilyant ilə bəzədiləcək, müştərinin istəyi ilə ən yüksək keyfiyyətli N99 filtrlə təchiz ediləcək",- deyə dizayner və zərgərlik firmasının sahibi İsaak Levi bildirib.

Belə bir maskanın sifarişi ABŞ-da yaşayan çinli iş adamından gəlib. Zərgər ​​ilin sonunadək işi təhvil verməlidir. Maskanın 270 qram ağırlığında olacağı təxmin edilir ki, bu da adi tibbi maska ​​ilə müqayisədə 100 dəfə çoxdur.

"Belə maska ​​yüzlərlə, milyonlarla insanın qazancını itirdiyi iqtisadi böhran dövründə problem ola bilər. Amma sifariş şirkətə çətin dövrdə yaşamağa imkan verdi. Bu maska ​​bizə kifayət qədər imkan verdi ki, işçilərimiz çətin günlərdə işlərini davam etdirsinlər",- deyə zərgər qeyd edib.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Maska