Qazaxıstanda yoluxma artmaqda davam edir

Qazaxıstanda yoluxma artmaqda davam edir
  10 Avqust 2020    Oxunub:2508
Qazaxıstanda son sutka ərzində koronavirusa 741 yeni yoluxma faktı aşkarlanıb. Bundan əlavə, 340 kliniki göstəriciləri olmayan yoluxma qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.

Ümumilikdə ölkədə 99 442 yoluxma halı müəyyən edilib. İndiyədək 72 523 xəstə sağalıb.

Səhiyyə Nazirliyinin məlumatına görə, avqustun 1-dən bu günə qədər ölkədə cəmi 13 280 yoluxma olub, onlardan 164 nəfəri ölüb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Qazaxıstan   virus  





Xəbər lenti