Ermənistanda hərbi polisin yeni rəisi virusa yoluxdu

 Ermənistanda hərbi polisin yeni rəisi virusa yoluxdu
  10 Avqust 2020    Oxunub:2347
Ötən həftə Ermənistan Müdafiə Nazirliyinin hərbi polisinə rəis təyin olunan Aşot Zakaryan koronavirus infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə “Joxovurd” nəşri yazıb.

Məlumata görə, Zakaryan hazırda Vanadzor xəstəxanasındadır. Onun temperaturu yüksəldiyi üçün xəstəxanaya aparılıb.

Zakaryan 6 avqustda hərbi polisə rəis təyin edilib, həmin gün COVID-19 testi müsbət nəticə göstərdikdən sonra təcrid olunub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: COVID-19  





Xəbər lenti