“Ermənistan ərəblərin vətəni ola bilməz” - Erməni siyasətçi

“Ermənistan ərəblərin vətəni ola bilməz” -  Erməni siyasətçi
  10 Avqust 2020    Oxunub:2711
Ermənistan ərəblərin vətəni ola bilməz, onlar bizim qonaqlarımız ola bilər. Prioritet vəzifəmiz soydaşlarımızın Ermənistana qayıtmasıdır.
Azvision.az xəbər verir ki, bunu "ARF- Daşnaksütyun" partiyasının İrəvan şəhər komitəsinin nümayəndəsi Jirayr Peoçekyan deyib.

O bildirib ki, Ermənistana gəlmək və yaşamaq istəyən digər millətlərin nümayəndələri ölkənin mövcud qanunlarına, şərtlərinə, mədəni dəyərlərinə tabe olaraq yaşayacaqlar: "Amma bu gün bizim prioritet vəzifəmiz soydaşlarımızın Ermənistana qayıtmasıdır".

Bundan əvvəl isə Ermənistanın Diasporla İş üzrə komissarı Zare Sinanyan deyib ki, ölkəni gələcəkdə ərəblərin, assurilərin və milli təhlükəsizliyə təhdid olmayan digər millətlərin vətəni halına gətirmək üçün reallıq yaratmalıyıq.

“Ermənistandan kənarda hər gün fərqli millətlərə assimliyasiya olan 7 milyon ermənimiz var. Bu, prioritet məsələdir və onu həll etdikdən sonra başqa millətləri düşünə bilərik. Ancaq qonaq olaraq gələ bilərlər, necə ki, biz başqa ölkələrdə qaldığımız kimi. Qoy əcnəbilər buraya gəlsinlər, yaşasınlar, işləsinlər, inkişaf etsinlər, amma ermənilər fərqli məsələdir. Bu millətçilik deyil, sadəcə hər millətin öz beşiyi, vətəni var və bu xalq öz ölkəsini orada inkişaf etdirməlidir. Assuriyalılar və ərəblər qonaqlarımız ola bilər, Ermənistan onların vətəni ola bilməz”, - deyə Jirayr Peoçekyan Sinanyana cavab olaraq vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: “ARF-  





Xəbər lenti