Beyrutdakı partlayışı Məhkəmə Şurası araşdıracaq

  10 Avqust 2020    Oxunub : 2304
Beyrutdakı partlayışı Məhkəmə Şurası araşdıracaq
Beyrut limanında baş vermiş partlayışla bağlı iş baxılması üçün Livan Məhkəmə Şurasına təhvil verilib.
Azvision.az -ın məlumatına görə, bu barədə “Al-Mayadeen” telekanalı açıqlama yayıb.

Müvafiq qərar hökumətin iclasında yekdilliklə qəbul olunub.

Xatırladaq ki, avqustun 4-də Beyrut şəhərindəki limanda güclü partlayış baş verib. Partlayış zamanı azı 158 nəfər ölüb, 6 mindən çox insan yaralanıb. Şəhərə ciddi ziyan dəyib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Beyrut