Son sutkada 5719 nəfər koronavirusdan ölüb

 Son sutkada 5719 nəfər koronavirusdan ölüb
  11 Avqust 2020    Oxunub:2912
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyası ilə bağlı gündəlik hesabatını açıqlayıb.

Azvision.az xəbər verir ki, hesabata əsasən, son sutka ərzində 253 409 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, 5719 nəfər dünyasını dəyişib.
Qeyd edək ki, indiyədək ən çox yoluxma, eləcə də ölüm halları Cənubi və Şimali Amerikada aşkarlanıb. İkinci yerdə Avropa regionu gəlir.

Son məlumatlara görə, dünyada koronavirusa yoluxanların ümumi sayı 20 milyon 256 min 547, pandemiya qurbanlarının sayı 738 min 937 nəfərə çatıb.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti