Ağ Ev yaxınlığındakı atışmanın təfərrüatı - VİDEO

Ağ Ev yaxınlığındakı atışmanın təfərrüatı -  VİDEO
  11 Avqust 2020    Oxunub:2381
ABŞ-ın Məxfi Xidməti Vaşinqtonda Ağ Ev yaxınlığında baş vermiş atışmanın təfərrüatlarını açıqlayıb.
Azvision.az xəbər verir ki, şübhəli şəxs məxfi xidmət məmuruna yaxınlaşaraq silahı olduğunu bildirib.

Daha əvvəl təhlükəsizlik işçiləri ABŞ Prezidenti Donald Trampı mətbuat konfransından uzaqlaşdırıblar. Bir neçə dəqiqədən sonra salona qayıdan Tramp Ağ Evdəki atışma barədə məlumat verib və məxfi xidmətin himayəsi altında özünü əla hiss etdiyini söyləyib.

“Bu gün saat təxminən 17:53-də 51 yaşlı bir adam, Ağ Ev kompleksinin yaxınlığında yerləşən posta dayanan məxfi xidmət əməkdaşına yaxınlaşıb. Şübhəli onda silah olduğunu söyləyib. Sonra aqressiv bir şəkildə zabitə tərəf qaçaraq paltarından bir əşyanı çıxartmağa başlayıb”, - deyə Məxfi Xidmətinin “Twitter”də yaydığı açıqlamada vurğulanıb.

Ardınca Məxfi Xidmət əməkdaşı şübhəliyə atəş açıb. Qeyd olunur ki, zabit ona dərhal ilk tibbi yardım göstərib və xəstəxanaya aparıb.

Məxfi Xidmət öz əməkdaşının əməlləri ilə bağlı daxili təhqiqat aparacaq, əlavə olaraq bütün məlumatlar araşdırılmaq üçün polisə göndərilib.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: AğEv  





Xəbər lenti