Lukaşenkonun rəqibinin harada olduğu bilindi

  11 Avqust 2020    Oxunub : 1808
Lukaşenkonun rəqibinin harada olduğu bilindi
Belarus prezidentliyinə namizəd Svetlana Tixanovskaya Litvadadır.
Azvision.az xəbər verir ki, bu barədə Litvanın Xarici İşlər naziri Linas Linkyaviçus "Twitter" hesabında bildirib.

“Svetlana Tixanovskaya təhlükəsizdir, o, Litvadadır", - deyə nazir yazıb.

Xatırladaq ki, bazar günü Belarusda prezident seçkiləri keçirilib. Ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, Lukaşenko 80,08%, Tixanovskaya 10,09% səs toplayıb. Xanım namizəd MSK-nın elan etdiyi nəticələri tanımadığını bəyan edib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Belarus