Meksikada koronavirusdan ölüm sayı 53 mini keçib

Meksikada koronavirusdan ölüm sayı 53 mini keçib
  11 Avqust 2020    Oxunub:2519
Meksikada son sutka ərzində 705 nəfər koronavirusun qurbanı olub. Bununla ölkədə virusdan ölənlərin sayı 53 mini keçib.
Azvision.az xəbər verir ki, bu barədə Meksika Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, virusa yoluxma sayı 5558 nəfər artaraq 485 min 836-ya çatıb. İndiyə qədər 327 min 993 insan infeksiyadan sağalıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Meksika   virus  





Xəbər lenti