İmtahan nəticələrindən narazı olanların diqqətinə!

İmtahan nəticələrindən narazı olanların diqqətinə!
  11 Avqust 2020    Oxunub:2268
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 23-də və 24-də keçirilmiş buraxılış (o cümlədən əvvəlki illərin məzunları üçün qəbul) imtahanlarının nəticələri açıqlanıb.
DİM-dən Azvision.az -a verilən məlumata görə, imtahan nəticələrindən narazı olanlar avqustun 17-dən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) təşkil olunacaq apelyasiyaya müraciət edə bilərlər.

Apelyasiya komissiyasına müraciət etmədən öncə şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Komissiyaya müraciət etmək istəyənlər avqustun 13-dən 15-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apelyasiya təşkil olunmur. Apelyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Azvision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti