Çin lideri əhalini qidaya qənaət etməyə çağırıb

Çin lideri əhalini qidaya qənaət etməyə çağırıb
  11 Avqust 2020    Oxunub:2519
Çin Prezidenti Si Cinpin vətəndaşlara qida istehlakı və ərzaq tullantısı ilə bağlı çağırış edib.
Azvision.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

"Baxmayaraq ki, ildən-ilə biz taxıl məhsulu yığımında artıma nail oluruq, yenə də qida təhlükəsizliyi baxımından ehtiyatlı olmalıyıq”,- deyən Çin lideri qida tullantıları vərdişini "kədərli" və "şokedici" adlandırıb.

Bununla yanaşı, Cinpin qanunvericilik bazasının və nəzarətin gücləndirilməsinin, təsirli tədbirlər görülməsinin, həmçinin qida tullantılarına qarşı səmərəli mübarizə üçün uzunmüddətli mexanizmin yaradılmasının vacibliyini vurğulayıb.

"Vətəndaşları maarifləndirmək üçün təbliğat işləri və tədbirləri gücləndirmək, habelə qənaətetmə vərdişini inkişaf etdirmək, cəmiyyətə israfın utancverici olduğunu hiss etdirmək lazımdır".

Xatırladaq ki, Çin lideri dəfələrlə əhalini qida istehlakında qənaətcil olmağa çağırıb, həmçinin qida tullantılarına qarşı da qəti etiraz edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Çin  





Xəbər lenti