Rusiyada hazırlanan ilk vaksin Putinin qızına vuruldu

Rusiyada hazırlanan ilk vaksin Putinin qızına vuruldu
  11 Avqust 2020    Oxunub:3811
Rusiya Prezidenti Vladimir Putin qızlarından birinin koronavirus peyvəndini öz üzərində sınadığını deyib.
Azvision.az TASS-a istinadən xəbər verir ki, Putin qızının hazırda özünü yaxşı hiss etdiyini söyləyib.

Hökumətin iclasında çıxış edən Rusiya lideri koronavirusa qarşı qeydə alınan ilk rus vaksininin davamlı antitel və hüceyrə toxunulmazlığı yaratdığını vurğulayıb.

"Bunu çox yaxşı bilirəm, çünki qızlarımdan biri özü üçün belə bir peyvənd etmişdi. Düşünürəm ki, bu mənada o, eksperimentdə iştirak edib".

Putinin sözlərinə görə, ilk inyeksiyadan sonra qızının bədən temperaturu 38 dərəcə, ertəsi gün 37-dən bir qədər çox olub.

"Və budur, ikinci inyeksiyadan sonra temperatur bir az yüksəldi və sonra hər şey keçdi, özünü yaxşı hiss edir, antitelləri yüksəkdir".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya  





Xəbər lenti