Ukraynada COVID-19-la bağlı son statistika

Ukraynada COVID-19-la bağlı son statistika
  11 Avqust 2020    Oxunub:2769
Ukraynada son sutka ərzində 1158 nəfər COVID-19 virusuna yoluxub, 29 pasiyent vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə ümumi yoluxma sayı 83 115 nəfərə çatıb. Pandemiya qurbanlarının sayı 1951 nəfərdir. İndiyədək 44 934 xəstə sağalıb.

Qeyd edək ki, Ukraynada koronavirusla əlaqədar karantin müddəti avqustun 31-dək uzadılıb.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Ukrayna  





Xəbər lenti