“Türkiyə ilə münasibətlər ölkəmiz üçün olduqca vacibdir” - Ceyhun Bayramov

“Türkiyə ilə münasibətlər ölkəmiz üçün olduqca vacibdir” -  Ceyhun Bayramov
  11 Avqust 2020    Oxunub:3751
Azərbaycanla Türkiyə arasında münasibətlər ölkəmiz üçün olduqca vacib istiqamət və prioritetdir, biz bunu həmişə qeyd edirik.

Azvision.az xəbər verir ki, bunu Ankarada rəsmi səfərdə olan Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, münasibətlərimiz olduqca genişdir və demək olar ki, bütün sahələri əhatə edir.

“Bu günə kimi iki ölkə arasında müxtəlif sahələri əhatə edən 241 sənəd imzalanıb, 29 əlavə müqaviləyə baxılır və düşünürəm ki, onlar yaxın günlərdə imzalana bilər. Bütün sahələrdə münasibətlər çox dinamik inkişaf edir. 2019-cu ildə ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 33 faiz artıb, 2020-ci ildə çətin şərtlərin olmasına baxmayaraq, ilk beş ayda ticarət dövriyyəsində 20 fazi artım olub. Azərbaycan kapitalı olan 2 minə yaxın şirkət Türkiyədə çalışır. Azərbaycanda isə 4 min Türkiyə şirkəti fəaliyyəti göstərir və bugünədək iqtisadiyyatımıza 12,6 milyard ABŞ dolları investisiya qoyublar”, - deyə nazir qeyd edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə  





Xəbər lenti