Özbəkistanda yoluxma sayı yenə artdı

Özbəkistanda yoluxma sayı yenə artdı
  11 Avqust 2020    Oxunub:2720
Özbəkistanda son sutka ərzində daha 477 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Özbəkistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Ölkədə virusa yoluxanların ümumi sayı 31 545 nəfərdir. Pandemiya qurbanlarının sayı 4 nəfər artaraq 202-yə yüksəlib. İndiyədək 22 992-dən çox pasiyent sağalıb.

Hazırda 8351 nəfərin müalicəsi xəstəxanalarda davam edir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Özbəkistan   virus  





Xəbər lenti