İmtahanlara 4 minə yaxın müəllim nəzarət edəcək

İmtahanlara 4 minə yaxın müəllim nəzarət edəcək
  11 Avqust 2020    Oxunub:3623
Dövlət İmtahan Mərkəzi tərəfindən avqust 13-14-də respublikanın 35 şəhər və rayonunda qəbul imtahanları keçiriləcək.
Mərkəzdən Azvision.az -a bildirilib ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 164 imtahan binası, 2877 imtahan zalı ayrılıb.

İmtahanların idarə olunmasına 164 ümumi imtahan rəhbəri, 490 imtahan rəhbəri, 3754 nəzarətçi–müəllim, 328 buraxılışı təşkil edən əməkdaş, 164 bina nümayəndəsi cəlb edilib.

Azvision.az


Teqlər: DİM   Müəllim  





Xəbər lenti