“Ceyhun Bayramovla görəcəyimiz çox iş var” - Çavuşoğlu

“Ceyhun Bayramovla görəcəyimiz çox iş var” -  Çavuşoğlu
  11 Avqust 2020    Oxunub:3296
İlk səfərini ölkəmizə edən Azərbaycanın Xarici İşlər naziri, qardaşım Ceyhun Bayramovla görəcəyimiz çox iş, yetişəcəyimiz çox mənzil var.
Azvision.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Twitter” hesabında yazıb.

Çavuşoğlu əlavə edib ki, ticarətdə ortaq hədəfimiz 15 milyard dollardır:

“Enerji və nəqliyyat sahəsində strateji layihələrimizi bir-bir həyata keçiririk. Can Azərbaycanın Xarici İşlər naziri ilə "Bir millət, iki dövlət" anlayışı ilə işimizi davam etdirəcəyik. Biz qardaş Azərbaycanı bütün gücümüzlə və bütün vasitəmizlə dəstəkləyəcəyik".

Xatırladaq ki, C.Bayramov Türkiyədə rəsmi səfərdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə   XİN   Çavuşoğlu  





Xəbər lenti