Paşinyanı tənqid edən ictimai fəal tutuldu
O, Samsonyanın həbsinin şahidi olduğunu deyib: “Qollarından tutub maşına mindirdilər. Soruşdum ki, həbs edirsiniz? Əgər belədirsə, hansı əsaslarla azadlıqdan məhrum edilir? Cavab verdilər ki, o, polisə dəvət edilib. Ümumiyyətlə, dəvət olunduqda polis adamı qollarından tutmur. Narek Samsonyan naməlum istiqamətə aparılıb. Bu, qanunsuz hərəkətdir".
Xatırladaq ki, Samsoyan baş nazir Nikol Paşinyanı tənqid etdiyi üçün dəfələrlə təzyiqlərə məruz qalıb. O, bundan əvvəl də bir neçə dəfə saxlanılıb.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Ermənistan