Ukraynada dövlət sirrini satanlar ələ keçdi

Ukraynada dövlət sirrini satanlar ələ keçdi
  11 Avqust 2020    Oxunub:3261
Ukraynada dövlət sirrini "Roshen" konfetlərinin içərisində ötürən Təhlükəsizlik Xidməti əməkdaşı və təqaüddə olan hərbçi saxlanılıb.
Azvision.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, hər iki şəxs dövlət əhəmiyyətli məxfi məlumatların toplanılmasında və informasiyanın şirniyyat qutularında xarici xüsusi xidmət orqanlarına ötürülməsində iştirak ediblər.

Həmin şəxslər barəsində 60 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Onları əmlakları müsadirə olunmaqla 15 il müddətinə həbs cəzası gözləyir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ukrayna  





Xəbər lenti