Ermənistanın baş qərargah rəisi Qarabağa gəldi

  11 Avqust 2020    Oxunub : 2531
Ermənistanın baş qərargah rəisi Qarabağa gəldi
Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi, general-leytenant Onik Qasparyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edib.
Azvision.az xəbər verir ki, Qasparyan Qarabağdakı separatçı rejimin rəhbəri Arayik Arutyunyan ilə görüşüb.

Görüşdə separatçı rejimin “müdafiə naziri” Cəlal Arutyunyan da iştirak edib. İşğalçı ölkə təmsilçiləri müdafiə sahəsində əməkdaşlıqla bağlı məsələləri müzakirə ediblər.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Qarabağ