Beyrutdakı partlayışda ölənlərin sayı 170-i keçdi

Beyrutdakı partlayışda ölənlərin sayı 170-i keçdi
  11 Avqust 2020    Oxunub:3185
Livanın paytaxtı Beyrut şəhərində baş vermiş partlayışda həlak olanların sayı artıb.
Azvision.az xəbər verir ki, bu barədə LBC telekanalı Livan Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb. Bildirilib ki, partlayış qurbanlarının sayı 171 nəfərə çatıb, 30-40 nəfər isə itkin düşüb.

Xatırladaq ki, avqustun 4-də Beyrut limanında güclü partlayış baş verib. Partlayış nəticəsində şəhərə ciddi ziyan dəyib, 300 mindən çox insan evsiz qalıb. Hadisə zamanı 5 min nəfər yaralanıb.

Partlayışa səbəb kimi Livan gömrüyü tərəfindən müsadirə edilmiş 2,7 min tondan çox ammonium nitratın düzgün saxlanılmaması göstərilir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Livan   Beyrut  





Xəbər lenti