Ölkədə sayğaclaşma səviyyəsi 100% təşkil edir - "Azəriqaz"
Qeyd edək ki, 2015-2020-ci illərdə dövlət büdcəsindən SOCAR-a ayrılmış vəsait hesabına ölkənin müxtəlif bölgələrində 301 min əhali abonentini əhatə etməklə, 905 yaşayış məntəqəsi və 51 yeni yaşayış massivi qazlaşdırılıb. Həmin dövrdə müxtəlif bölgələrdə ümumilikdə 27 395 km yeni qaz xətti çəkilib. Bundan əlavə olaraq, Birlik də imkanlarını səfərbər etməklə qaz təsərrüfatı şəbəkəsində genişmiqyaslı işlər görüb.
Bu işlərin və fərdi qazlaşmaların nəticəsində 2015-2020-ci illərdə 274 min yeni əhali abonenti təbii qazla təmin olunub. Qaz təchizatı şəbəkəsində yenidənqurma və əsaslı təmir işlərinin aparılması zamanı son 5 ildə “Azəriqaz” İB daxili imkanlar hesabına müxtəlif bölgələrdə ümumən 2610 km qaz xəttini yenidən qurub. Müqayisə aparsaq, 2015-ci ilin əvvəlində əhali abonentlərinin sayı 1 milyon 710 min, 2020-ci ilin iyul ayının 1-nə isə 2 milyon 285 minə yaxın olub. Yəni əhali abonentləri üzrə 570 mindən çox artım var. Ölkədə sayğaclaşma səviyyəsi 100% təşkil edir.
Azvision.az
Teqlər: Azəriqaz