Belarusda 2 mindən çox etirazçı saxlanılıb

Belarusda 2 mindən çox etirazçı saxlanılıb
  11 Avqust 2020    Oxunub:3592
Belarusda son sutka ərzində 2 mindən çox etirazçı saxlanılıb.
Azvision.az xəbər verir ki, bu barədə Belarus Daxili İşlər Nazirliyi rəsmi məlumat yayıb.

Bildirilib ki, aksiya zamanı etirazçılar barrikadalar yaratmaqla nəqliyyatın hərəkətinə mane olublar və eyni zamanda asayiş keşikçilərinə hücum ediblər. Qanunsuz hərəkətlər nəticəsində daxili işlər orqanlarının 21 əməkdaşı və daxili qoşunların bir hərbi qulluqçusu yaralanıb, onlardan beşi xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Belarus müxalifətinin tərəfdarları hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun 80%-dən çox səs topladığı yeni prezident seçkilərinin nəticələrini tanımır. Bu səbəbdən bəzi şəhərlərdə iğtişaşlarla nəticələnən aksiyalar keçirilib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Belarus  





Xəbər lenti