Azercell-in LTE şəbəkəsinin əhatəsi 85% yüksəlib
Xüsusilə regionlarda görülən işlər sayəsində ölkə üzrə LTE şəbəkəsi daha da genişləndirilmiş və coğrafi əhatə dairəsi 9%-dən 68%-ə, əhali əhatəsi isə 31%-dən 85%-ə qədər yüksəlmişdir. Hal-hazırda Azercell internet trafikin yüksək keyfiyyətinin təmin edilməsi və artırılması istiqamətində lazımi işlər aparır. Bunun üçün LTE spektrinin zolağının genişləndirilməsi və Bakıda LTE şəbəkəsinin keyfiyyətinin yaxşılaşdırılması həyata keçirilir. Həmçinin, abunəçilər üçün son dərəcə əhəmiyyəli olan Bakı metropolitenində də sürətli mobil internetin əlçatan olması üçün tunellərdə təkmilləşdirmə işləri aparılır, LTE şəbəkəsinin genişləndiriıməsi tam sürətlə davam edir. Layihə çərçivəsində 6 adda metro stansiyada artiq işlər yekunlaşmışdır. Əlavə olaraq metro stansiyalarda LTE-Daşıyıcı Birləşdirmə sistemi də aktiv edilmişdir ki, bu da öz növbəsində LTE şəbəkəsindən istifadə edən abunəçilərin daha yüksək sürət əldə etmələrini təmin edəcəkdir.
Bir daha xatırlatmaq yerinə düşər ki, “Systemics” Avropa şirkətinin ötən il Azərbaycanda keçirdiyi müstəqil bençmarkinq testi nəticəsində Azercell-in bölgələrdə LTE texnologiyası üzrə datanın ötürülmə sürətinə, informasiyanı yükləmə müddətinə və video materialların daha yüksək keyfiyyətlə ötürülməsi parametrlərinə görə ölkənin mobil operatorları arasında daha üstün olduğunu təsdiqləyib. Dünya miqyaslı telekommunikasiya şirkəti olan Ericcson-un apardığı bençmarkinq araşdırmaları isə, LTE şəbəkəsinin sürətinə görə Azercell-in “Öz sinfində” (“Best in class”) ən yaxşı operatorlardan biri olduğunu nümayiş etdirib.
Teqlər: Azercell