Bakı Fond Birjasına yeni sədr seçildi

Bakı Fond Birjasına yeni sədr seçildi
  23 Yanvar 2014    Oxunub:1828
Bakı Fond Birjası” (BFB) QSC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib.

Fonddan verilən məlumata görə, iclasda bir sıra məsələlərlə yanaşı, qurumun idarə heyətinin sədri Əmin Muradovun başqa işə keçməsi ilə əlaqədar vəzifədən azad edilməsi haqqında ərizəsi də müzakirə edilib.

Yığıncağın qərarı ilə Fariz Əzizov BFB-nin idarə heyətinin yeni sədri təyin olunub.

Qeyd edək ki, F.Əzizov 1978-ci il avqustun 15-də Bakıda anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibat və audit fakültəsini bitirib. Əmək fəaliyyətinə "Azal Siğorta" sığorta şirkətində başlayıb. Son illərdə "Azal Siğorta" ASC-nin İH sədrinin müavini vəzifəsini tutub. 2007-2008-ci illərdə Böyük Britaniyada Lancaster University Business School-da oxuyub və biznesin idarə edilməsi üzrə magistr dərəcəsini alıb. 2009-cu ilin fevralında Milli Depozit Mərkəzinin İH sədrinin müavini vəzifəsində çalışıb. 2011-ci ilin aprelində MDM İN-nin sədri olub. Evlidir.


Teqlər:  





Xəbər lenti