Belarusda kütləvi aksiyaların təşkilatçısı saxlanıldı

  12 Avqust 2020    Oxunub : 1548
Belarusda kütləvi aksiyaların təşkilatçısı saxlanıldı
Belarusda kütləvi etiraz aksiyalarının koordinatorları saxlanılıb.
Azvision.az xəbər verir ki, bu barədə BELTA agentliyi məlumat yayıb.

Bildirilir ki, saxlanılanlardan biri tabeliyində olan 3 nəfərin hərəkətlərini istiqamətləndirib. Onlar isə öz növbəsində yüzlərlə şəxsi aksiyaya yönəldib.

Adı açıqlanmayan şübhəli "Belarus" otelinin 17-ci mərtəbəsindəki otağından aksiyaları idarə edib.

Əməliyyatla bağlı əlavə məlumat verilməyib.

Qeyd edək ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 26 ildən artıq müddətə ölkəyə rəhbərlik edən Aleksandr Lukaşenko seçkidə qələbə qazanıb. Müxalifət təmsilçiləri seçkinin nəticələrini tanımayıb.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Belarus