Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb
  12 Avqust 2020    Oxunub:2357
Dünya birjalarında neftin qiyməti bahalaşıb.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,30 dollar bahalaşaraq 44,80 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,23 dollar artaraq 41,84 dollar təşkil edib.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,4 ABŞ dolları, yaxud 0,87% azalaraq 45,56 ABŞ dolları təşkil edib.

Azvision.az



Teqlər: Neft  





Xəbər lenti