Qazaxıstanda son sutkada 691 yoluxma aşkarlandı

  12 Avqust 2020    Oxunub : 1548
Qazaxıstanda son sutkada 691 yoluxma aşkarlandı
Qazaxıstanda son sutka ərzində koronavirusa 691 yeni yoluxma faktı aşkarlanıb. Bundan əlavə, kliniki göstəriciləri olmayan 377 yoluxma qeydə alınıb.
Azvision.az xəbər verir ki, ümumilikdə ölkədə 100 855 yoluxma halı müəyyən edilib. İndiyədək 74 677 xəstə sağalıb.

Qazaxıstan Səhiyyə Nazirliyinin məlumatına görə, avqustun 1-dən bu günə qədər ölkədə 14 760 nəfər virusa yoluxub, onlardan 181-i vəfat edib.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Qazaxıstan