ÜST Rusiya peyvəndi ilə bağlı araşdırma aparacaq

  12 Avqust 2020    Oxunub : 2568
ÜST Rusiya peyvəndi ilə bağlı araşdırma aparacaq
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusa qarşı vaksinlərin hazırlanması istiqamətində bütün nailiyyətləri alqışlayır və Rusiya peyvəndinin sınaqları ilə bağlı məlumatları yoxlamaq niyyətindədir.
Azvision.az xəbər verir ki, bu barədə ÜST-ün açıqlamasında deyilir.

Qeyd edilib ki, təşkilat peyvəndlə bağlı tədqiqatların müəyyən olunmuş prosedurlara uyğun aparılmasına əmin olmaq niyyətindədir, eyni zamanda, dərmanın təhlükəsizliyini və effektivliyini qiymətləndirməyə hazırdır.

Bununla yanaşı, ÜST mütəxəssisləri Rusiya alimləri ilə əlaqə saxlayır.

Xatırladaq ki, Rusiyada koronavirusa qarşı ilk peyvəndin qeydiyyata alınmasını avqustun 11-də Prezident Vladimir Putin elan edib. Onun sözlərinə görə, Rusiya COVID-19-a qarşı dərmanı qeydə alan ilk ölkədir və vaksin olduqca təsirli işləyir, bütün lazımi testlərdən keçib.

Ölkənin koronavirusa qarşı mübarizə qərargahından bildirilib ki, peyvənd 1 yanvar 2021-ci ildə dövriyyəyə buraxılacaq. Rusiyada hazırlanan koronavirus peyvəndinə “Sputnik V” adı qoyulub.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Rusiya