Hulusi Akar Azərbaycana yola düşdü

  12 Avqust 2020    Oxunub : 2423
   Hulusi Akar Azərbaycana yola düşdü
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycana səfərə yola düşüb.
Azvision.az xəbər verir ki, naziri səfərdə Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler, Quru Qoşunları komandanı Ümit Dündar, Hərbi Dəniz Qüvvələri komandanı admiral Adnan Özbal və Hərbi Hava Qüvvələri komandanı, ordu generalı Hasan Küçükakyüz müşayiət edir.

Qeyd edək ki, Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin Yüksək Səviyyəli Müşahidəçi günü çərçivəsində təlimlərin birinci mərhələsinin son epizodunu izləyəcək.

Azvision.az

Teqlər: Hulusi-Akar