Beyruta dəyən ziyan 15 milyard dolları keçib

 Beyruta dəyən ziyan 15 milyard dolları keçib
  13 Avqust 2020    Oxunub:2225
Avqustun 4-də Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində ölkəyə dəyən ziyan 15 milyard dollardan çox qiymətləndirilir.
Azvision.az xəbər verir ki, bu barədə Livan Prezidenti Mişel Aun İspaniya Kralı VI Filipp ilə telefon danışığında bildirib.

Onun sözlərinə görə, ilkin hesablamalara əsasən, partlayışın Livana vurduğu ziyan 15 milyard dolları ötüb.

İspaniya Kralı Livan xalqına başsağlığı verib və həmrəylik ifadə edib, lazımi köməyi göstərməyə hazır olduğunu bildirib.

Sığorta şirkətləri Beyrut limanındakı partlayışın vurduğu ziyanı ilkin olaraq 3 milyard dollar dəyərində qiymətləndirdilər. Şəhərin qubernatoru Maron Abbud daha əvvəl Beyrutun yenidən qurulması üçün 12-15 milyard dollar arasında vəsaitin lazım olduğunu bildirmişdi.

Hadisə nəticəsində 4 minə yaxın bina qismən və ya tamamilə dağılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Beyrut  





Xəbər lenti