Gürcüstanda yoluxma sayı 1283-ə çatdı

  13 Avqust 2020    Oxunub : 1468
Gürcüstanda yoluxma sayı 1283-ə çatdı
Gürcüstanda son sutka ərzində daha 5 nəfər koronavirusa yoluxub. Ölkə üzrə ümumi yoluxma sayı 1283-ə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi saytında məlumat yer alıb.

İndiyədək 1068 pasiyent sağalıb, 17 nəfər dünyasını dəyişib. Hazırda karantində 7718, stasionar nəzarətdə isə 245 nəfər saxlanılır.

Azvision.az

Teqlər: Gürcüstan   Koronavirus