Ermənistanda koronavirusa yoluxma sayı 41 mini keçdi

Ermənistanda koronavirusa yoluxma sayı 41 mini keçdi
  13 Avqust 2020    Oxunub:2420
Ermənistanda son sutka ərzində daha 229 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 41 023 nəfərə çatıb.

Son sutkada 3 xəstə ölüb və virusa yoluxma nəticəsində ölənlərin sayı 809 nəfər olub.

İndiyədək 33 897 nəfər sağalıb. Koronavirus aşkar edilmiş, lakin digər xəstəlikdən ölənlər isə 238 nəfərdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Koronavirus  





Xəbər lenti