Rusiya bu ölkələrlə sərnişin reyslərini bərpa edir

Rusiya bu ölkələrlə sərnişin reyslərini bərpa edir
  13 Avqust 2020    Oxunub:10761
Rusiya payızın əvvəlində daha bir neçə ölkə ilə hava nəqliyyatını bərpa edə bilər.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, sentyabrın 1-dən MDB ölkələrinin əksəriyyəti, o cümlədən Qazaxıstan, Tacikistan, Qırğızıstan, Ermənistana sərnişin reyslərinin bərpası gözlənilir.

Hökumət səviyyəsində bu barədə avqustun 20-dən sonra açıqlama veriləcək.

Koronavirus pandemiyası səbəbindən Rusiya martın 27-dən etibarən digər ölkələrlə müntəzəm və çarter reyslərini dayandırıb. İstisna uçuşlar yalnız rusların xaricdən, əcnəbilərin isə Rusiyadan daşınması, həmçinin yük, poçt, sanitar və digər zəruri mallarla bağlı olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya  





Xəbər lenti