Rusiyadan peyvəndlə bağlı tənqidlərə cavab

  13 Avqust 2020    Oxunub : 2446
Rusiyadan peyvəndlə bağlı tənqidlərə cavab
Koronavirus infeksiyasına qarşı Rusiya peyvəndinin qeydiyyata alınmasına digər ölkələrdən müstəsna müsbət reaksiya gözləmək sadəlövhlük olardı.
Azvision.az xəbər verir ki, bunu Rusiyanın Qamaley adına Milli Tədqiqat Mərkəzinin direktoru Aleksandr Qintsburq deyib.

“Düşünün, əgər rus peyvəndi ilə konkret şəxslər, konkret şirkətlər milyardlarla dollar itirirsə, hansı reaksiyanı görmək istəyirsiniz? Mənə elə gəlir ki, reaksiya tamamilə normaldır”, - deyə mərkəz rəhbəri əlavə edib.

Alim Rusiya peyvəndinin tamamilə təhlükəsiz olduğunu və ölkənin bütün qanunvericilik aktlarına uyğun olaraq qeydiyyata alındığını vurğulayıb.

"Bu, tamamilə pul üçün birbaşa mübarizədir. Başqa bir reaksiya ola bilməz. Kifayət qədər ciddi rəqabət məhsulunun alqışlarla qarşılanacağını gözləmək sadəlövhlük olardı".

Xatırladaq ki, Rusiya Səhiyyə Nazirliyi Qamaley mərkəzi tərəfindən hazırlanan yeni növ koronavirus infeksiyasına qarşı dünyada ilk peyvəndi qeydə alıb. Peyvənd “Sputnik V” adlanır.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Rusiya