“Türkiyə ordusu dünyaya öz gücünü göstərib” - Zakir Həsənov

  13 Avqust 2020    Oxunub : 2665
 “Türkiyə ordusu dünyaya öz gücünü göstərib” -  Zakir Həsənov
Türkiyə və Azərbaycan eyni millətdir, eyni din, dil və mədəniyyətə sahibdir.
Azvision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Azərbaycanın Müdafiə naziri Zakir Həsənov deyib.

Təlimlərdə iştirak edən hərbçilərə təşəkkür edən nazir bildirib ki, Türkiyə Silahlı Qüvvələri dünyanın ən güclü ordularından biridir və bu, bizim şansımızdır.

“Şansımız budur ki, güclü ordu ilə təcrübə paylaşırıq. Türkiyə Silahlı Qüvvələri bu gün bütün dünyaya öz gücünü göstərib - Suriyada, İraqda, Liviyada... Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə Azərbaycan Silahlı Qüvvələri öz müqəddəs vəzifəsini yerinə yetirəcək. Bir millətin silahlı qüvvələrinin zamanı gələndə öz müqəddəs vəzifəsini yerinə yetirəcəyinə əminəm”.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Türkiyə   Zakir-Həsənov   Nazir   Ordu