BƏƏ İsraillə diplomatik əlaqələri bərpa etdi

  13 Avqust 2020    Oxunub : 2755
BƏƏ İsraillə diplomatik əlaqələri bərpa etdi
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə İsrail arasında diplomatik əlaqələr bərpa edilib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp, İsrailin Baş Naziri Benyamin Netanyahu və BƏƏ-nin vəliəhd şahzadəsi Şeyx Məhəmməd Bin Zayid arasında danışıqlar yekunlaşıb.

BƏƏ və İsrail rəsmiləri diplomatik əlaqələrin bərpa olunmasına dair razılığa gəliblər. Bununla bağlı tərəflər arasında sənəd imzalanıb.

Azvision.az

Teqlər: BƏƏ   İsrail